Seyid Abbas Əraqçi 29 oktyabr çərşənbə axşamı Tehranda yaşayan səfirlər və xarici nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri ilə birgə görüşdən sonra verdiyi açıqlamasında deyib: “Sionist rejimin təcavüzünü pisləyirik və cavab hüququmuzu özümüzdə saxlayırıq. Hər halda, ölkə ərazisinə hücum olub və təbiidir ki, öz vaxtında cavabımız olacaq.”
Əraqçi əlavə edib: “Gərginliyin azaldılması məsələsi regionda və dünyada ortaq tələbdir, çünki hərtərəfli müharibə ehtimalı var. Təbii ki, yeganə yol bölgədə heç bir hərbi cinayətdən çəkinməyən sionist rejimin təcavüzkar siyasətinin və qəddar hücumlarının qarşısını almaqdır.”
“Qərb ölkələrinin əxlaqı və vərdişi beynəlxalq qanunlardan və beynəlxalq hüquqdan yalnız maraqları olan yerdə danışmaqdır. Bir çox ikili standartlarla bir çox məsələlərə məhəl qoymurlar, amma bizim nə Qərb dövlətlərinin, nə də başqa ölkənin mövqeləri ilə işimiz yoxdur” - deyə, Əraqçi qeyd edib.
Xarici İşlər naziri deyib: “Sionist rejimin İrana təcavüzündə ən çox Amerikanın əməkdaşlıq etdiyinə inanırıq. Lazım olan hava dəhlizini amerikalılar sionist rejimə verib. Ona görə də bu hücumların əsas tərəfdaşları Amerika və bəzi Avropa ölkələridir.”
Sizin rəyiniz